Şənbə , 20 Aprel 2024
Drone Cameras

Hökumət xarici universitetlərə axan pulların qarşısını kəsir

Azərbaycan hökuməti mühüm islahata başlayır

Boyukmillet.com-a daxil olan xəbərə görə, hakimiyyət təhsil sektorunda ciddi dəyişikliklərə hazırlaşır.

Xaricdə təhsillə bağlı reformalar ərəfəsində olan hökumət nüfuzu olmayan ali məktəblərə oxumağa gedən axının qarşısını almağa çalışır. 

Sirr deyil ki, MDB dövlətlərində, Şərqi Avropada heç bir nüfuzu olmayan, diplomu əhəmiyyət kəsb etməyən universitetlərdə oxuyan azərbaycanlılar var. Onlar illərlə pul xərcləyib Avropada təhsil aldıqlarını hesab edirlər. 

Amma həmin universitetlərin nə reytinqi var, nə həmin ölkələrdə onlara qəbul səviyyəsi yüksəkdir. Nəticədə ölkədə çıxan pullar onların cibinə axır. Hakimiyyət bu prosesin qarşısını almağa can atır.

Boyukmillet.com-a daxil olan xəbərə görə, hökumət ölkədən çıxan pulları Azərbaycanda saxlamaq üçün mühüm addımlar atacaq.

Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov “Təhsil haqqında” qanununa dəyişiklik layihəsinin məqsədlərini açıqlayıb. 

Y.Abramov deyib ki, sözügedən qanun layihəsinin əsas məqsədi xaricdə təhsil alan azərbaycanlı gənclərin xərclədikləri vəsaitlərin ölkədə qalmasıdır:

“Hər bir ölkənin rəhbəri ilk növbədə öz xalqının mənafeyini güdür. Biz keçmişdə buraxılan səhvlərə yenidən qayıtmaq istəmirik. 
Niyə bizim pullarımız xarici ölkələrin sıradan biri olan təhsil müəssisələrinə getməlidir? Dərbənd Universiteti nədir ki, Bakıdan olan gənc gedib bu universitetə pul xərcləsin?
Biz yaxşı bilirik ki, həmin pullar oraya necə xərclənir. Sonra da həmin uşaqlar yenidən bura qayıdır. Dəyiş-düyüş edirlər, nə qədər universitet bağlanır, nə qədər rektor bədbəxt olur. İndi biz də istəyirik ki, həmin pullar ölkədə qalsın. 
Çünki öz əhalimizin puludur. Biz həmin pullarla daha yüksək təhsil sistemi qura bilərik, müəllim-professor heyəti daha yüksək maaş ala bilər. Digər tərəfdən isə xaricdə təhsil alan gənclərin valideynləri də nigaran qalmazlar. 
Belə olanda valideyn də nigaran qalıb düşünməz ki, Londonda, Parisdə, Harvardda övladına nə isə olmayıb. Yenə Harvarda getsələr, böyük işdir. 
Azərbaycanlı gənclər xaricdə elə universitetlərə oxumağa gedirlər ki, adam baxıb xəcalət çəkir. Vallah Ukraynada həmin universitetlərə heç kəs girmir. Məsələnin kökü də bununla bağlıdır”. 

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir