Cümə axşamı , 16 Aprel 2026
Drone Cameras

İlham Əliyev İrəvanda qələbələrini Azərbaycana həsr etmiş Türkiyə atletlərini təltif edib

Cansu Bektaş, Qamze Altun və Nuray Güngör “Tərəqqi” medalı ilə təltif edilib.

Boyukmillet.com-un məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, İrəvanda keçirilən ağır atletika üzrə Avropa Çempionatında qələbələrini Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətlərinin təzahürü kimi Azərbaycana həsr edən aşağıdakı Türkiyə idmançıları “Tərəqqi” medalı ilə təltif edilirlər:

Cansu Bektaş

Qamze Altun

Nuray Güngör.

Check Also

Prezident qanun imzaldı

“Uşaq hüquqları haqqında” yeni qanunun layihəsindən irəli gələrək hazırlanan digər məcəllə və qanunlarda dəyişikliklər təsdiqlənib. …