Çərşənbə axşamı , 7 May 2024
Drone Cameras

İlham Əliyevin 5 aprel açıqlamasının ŞOK DETALLARI – Dərhal hərbi əməliyyatlar…

“Müasir güc mərkəzlərinin dizaynı ölkələrin strateji müttəfiqləri ilə birgə olmasını zəruri edir. Azərbaycanın Türk dünyası konteksti üzərindən vurğu etməsi, bu xüsusda bir neçə müddət sonra türk ölkələri ilə birlikdə hərbi təlimlərin keçirilməsinə dair qərarların alınması və bu kontekstdə İŞİD-ə, PKK-ya, erməni terroruna qarşı Birgə Türk Antiterror Mərkəzinin yaradılması kimi ideyalar vahid siyasi Türk dünyası vizyonunun formalaşmasını zəruri edir”.

Bu fikirləri Musavat.com-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib.

aziz.jpeg (273 KB)

Ekspert bildirib ki, Prezident İlham Əliyevin bunu 5 apreldə gündəmə gətirməsi bizim öz paktımızın olmasına işarədir:

“Bu gün Ermənistan Qafqazdan kənar qüvvələri daşıyıb bölgəyə gətirir, bölgəyə yeni bir xarakter, xüsusiyyət qazandırmağa çalışır. Dünyanın bölgüsündə spesifik Qafqazı başqa ölkələrin maraqlarına satmağa çalışır. Ancaq Azərbaycan mərkəzli baxışlar etnik, milli kimliyə, regional və coğrafi kimliyə də büküləndə bu olur türk ölkələri mərkəzli yeni dünya gücünün, düzəninin inşası. Prezident İlham Əliyev həmin siyasi-tarixi periodun başlandığını elan edib.

CAVUS SON.jpg (118 KB)

Yeri gəlmişkən, bu da çox önəmlidir ki, həmin siyasi-tarixi proseslər, Türk dünyasının rişəsinin atılması Azərbaycan-Türkiyə əməkdaşlığına əsaslanır. Azərbaycan-Türkiyə əməkdaşlığı isə sözdə əməkdaşlıqdan əməli əməkdaşlığa keçib. Azərbaycan Vətən müharibəsi kimi fundamental hərbi-siyasi tarixi prosesi geridə qoymuş oldu”.

Əziz Əlibəyli hesab edir ki, Türk dünyası ərazilərində olan problemlərin həllinə də Azərbaycanın yanaşmasını tətbiq etmək lazımdır:

“Türkiyənin hökmranlığını, ordu gücünü, hərbi və mədəni elitadakı amiranəliyini digər türk ölkələri üçün də əlçatan etmək lazımdır. Onların yanında olmaq, vahid mərkəzdən çıxış etmə gücündə təcəlli etdirmək lazımdır. Bu həm də ona görə vacibdir ki, Türk dünyası Qərblə Şərqin arasındakı körpü rolunu oynayır. Türk dünyası Şərqdə və Qərbdə formalaşan iki güc mərkəzi arasında neytral zona rolunu oynaya bilməz və bilməməlidir. Neytrallıqdan xilas olmalıdır, çünki neytrallıqlar ölkələrin hərbi-siyasi tarixlərinə həmişə qara kölgələr kimi düşür. Bir halda ki, ölkənin marağı var, onun gücə, mərkəzə çevrilməsi istiqamətində əhatə edə biləcəyi maraq dairələri mövcuddur, onun arxasınca getmək lazımdır. Azərbaycan bu yolu 2020-ci ildən sonra gedir. Marağı olan siyasi-regional proseslərə genişlənir. Necə ki, Türkiyə Aralıq dənizində, Yaxın Şərqdə, Qafqazda, Afrikada öz maraqlarını müdafiə edir, bu, digər türk ölkələri üçün də aparıcı trend olmalıdır”.

Ekspert 15 iyun 2021-ci ildə Azərbaycan və Türkiyə prezidentləri arasında imzalanan Şuşa Bəyannaməsindən də danışıb:

“Şuşa Bəyannaməsi türk dövlətləri üçün sənəd olaraq baza rolunu oynayır.

susa beyan.PNG (1.77 MB)

Azərbaycan və Türkiyə üçün isə dərhal hərbi əməliyyatların icrası ilə bağlı mexanizm müəyyən edir. Birgə türk dövlətləri üçün o model götürülə bilər. Təkcə Azərbaycan və Türkiyənin ərazi bütövlüyünə, dövlət həyatına qəsd onun işə düşməsi üçün önəmli hüquqi əsaslar yarada bilər”.

Aytən Novruz
Musavat.com

Check Also

Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyib

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair saziş təsdiqlənib. Boyukmillet.com xəbər verir …