Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

İngiltərədə ötən mövsümün ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

İngiltərənin Peşəkar Futbolçular Assosiasiyası (PFA) 2023/2024 mövsümünün yaxşı oyunçusu adına namizədləri açıqlayıb.

Boyukmillet.com xəbər verir ki, siyahıda altı futbolçu yer alıb.

Bunlar Erlinq Holann, Rodri, Fil Foden (hər üçün “Mançester Siti”), Martin Edeqor “Arsenal”, Koul Palmer (“Çelsi”) və Olli Uotkinsdir (“Aston Villa”).

Qalib qurumun üzvləri arasında keçirilən səsvermənin nəticələrinə əsasən müəyyənləşəcək və avqustun 20-də açıqlanacaq.

Qeyd edək ki, 2022/2023 mövsümündə Erlinq Holann mükafata sahib çıxıb.

Check Also

Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb

Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb. Peşəkar Futbol Liqasından AZƏRTAC-a bildirilib ki, “Qarabağ”ın təcrübəli …