Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

İranda həbs edilən Fəridlə bağlı yeni – Açıqlama

Oğlum Fəridin vəziyyəti yaxşıdır.

Boyukmillet.com xəbər verir ki, bu barədə Trend-ə İranda həbsdə olan Azərbaycan vətəndaşı Fərid Səfərlinin anası Dilarə Əsgərova məlumat verib

O bildirib ki, Fəridlə iki gün əvvəl danışıb:

“Səhhətindəndə heç bir problem yoxdur. Əfv olunacağına dair bir ümidi yoxdur. Deyir, bir neçə dəfə ümidlənib, lakin nəticə olmayıb. Belə olduqda özünü pis hiss edir. Oxuması üçün vəkilindən kitab istəyib”.

D.Əsgərova əlavə edib ki, hələ apellyasiya məhkəməsi keçirilməyib.

“Yaxın həftələrdə apellyasiya məhkəməsinin nə vaxt keçiriləcəyi barədə məlumat olacaq”, – deyə o qeyd edib.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …