Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

İranda həbsxanalarda 4 məhbus edam edilib

İranın Qərbi Azərbaycan əyalətinin Dehdəşt, Sınandaş (indiki adı Sənəndəc) və Saqqız şəhərlərində yerləşən həbsxanalarda 4 məhbus dar ağacından asılıb.

Boyukmillet.com xəbər verir ki, məlumatı “Azad İran” teleqram kanalı yayıb.

Məlumata görə, Dehdəşt zindanında məhbus 35 yaşlı Zəbihullah Ərcumənd, Sınandaş zindanında Xalid Ruhi və Sirus Heydəri edam edilib. Saqqız şəhərində edam olunan məhbusun kimliyi barədə isə dəqiq məlumat yayılmayıb.

BMT-nin İranda insan hüquqlarının pozulmasına dair hesabata əsasən, ötən illə müqayisədə ölkə üzrə edamların sayı 98 faiz artıb

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …