Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

İrandan Ermənistana silah və narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Ermənistana qanunsuz yolla silah, sursat və narkotik maddə keçirilməsinin qarşısı alınıb.

xəbər verir ki, məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti yayıb.

Bildirilib ki, Ermənistan vətəndaşı R.P. və kimliyi məlum olmayan İran vətəndaşı mayın əvvəlində ölkəyə qanunsuz yolla narkotik maddə, silah və sursat keçirməyi planlaşdırıblar.

Onları Mehri rayonundakı Gömrük Xidmətində Ermənistanın daha 2 vətəndaşı qarşılamalı imiş.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhədyanı İdarəsinin və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları qaçaqmalçıları rayon ətrafında saxlayıblar.

Axtarış zamanı onların üzərindən 10 kq heroin, metamfetamin, marixuana, 20 ədəd güllə, 2 ədəd döyüş tapançası aşkarlanıb.

Fakt üzrə cinayət işi başlayıb.

Check Also

Ermənistana keçən azərbaycanlı çoban geri qaytarılıb

Yolu azaraq Ermənistan ərazisinə keçən azərbaycanlı çoban Yaşar Əli oğlu Qasımov Azərbaycana qaytarılıb. Boyukmillet.com xəbər …