Bazar , 11 Yanvar 2026
Drone Cameras

İrandan Türkiyəyə raket atan 3 terrorçu məhv edilib

Türkiyənin Hakkari şəhərinin Yüksəkova rayonuna İran ərazisindən raket atan terrorçulardan 3-ü zərərsizləşdirilib.

Boyukmillet.com xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.

PKK terror qruplaşması bölgədə beton divar tikintisində işləyən şəxslərin təhlükəsizliyini təmin edən METİ (Mina, əldəqayırma partlayıcıların təsbiti və məvhi dəstəsi) əməkdaşlarını raket atəşinə tutub. Buna cavab olaraq ərazidə keçirilən antiterror əməliyyatı nəticəsində 3 terrorçu məhv edilib.

Qeyd edək ki, hazırda Türkiyə İranla sərhədində beton divar çəkir. Məqsəd terrorçuların, qaçaqmalçıların və qanunsuz miqrantların Türkiyə ərazisinə keçməsinin qarşısını almaqdır. Divarın hündürlüyü 3 metr, eni 30 sm-dir.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …