Bazar , 11 Yanvar 2026
Drone Cameras

İSBAM sədri Türkiyədə: “Çorumda bir parka və prospektə Füzulinin adı veriləcək” – FOTOLAR

“Bu gün Çorum Bələdiyyə başqanı Dr.Halil ibrahim Aşkın bəylə görüşdük”.

Boyukmillet.com xəbər verir ki, bu sözləri İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli sosial media hesabında yazıb.

Onun sözlərinə görə, səmimi və xoş söhbət əsnasında keçirilən görüşdə Azərbaycan – Türkiyə münasibətləri, Çorumda keçirilməsi nəzərdə tutulan tədbirlər ətrafında fikir mübadiləsi aparılıb: “Söhbət zamanı Çorumda bir parka və prospektə azad edilmiş şəhərlərimizdən – Füzulinin adının verilməsini xahiş etdim.

Hörmətli Bələdiyyə başqanı təklifimi məmnuniyyətlə qarşılayaraq, bu barədə Bələdiyyə Məclisində qərar qəbul edəcəklərinə söz verdi.

Səmimi qəbula və təşəbbüsümüzü müsbət qiymətləndirdiyinə görə dr Halil İbrahim bəyə təşəkkür edirəm”.

MİA.AZ

img
img
img

Check Also

Prezident: Çin və Orta Asiyadan gələn yüklərin Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik

“Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik. Təbii …