Cümə , 26 Aprel 2024
Drone Cameras

İsmayıl Ağayev: “İrana qarşı terror hücumunu özümüzə qarşı hesab edirəm”

İranda baş vermiş son terror hadisəsi ilə bağlı Beynəlxalq Diaspor Mərkəzinin sədri dr. İsmayıl Ağayev boyukmillet.com-a açıqlama verib.

O, açıqlamasında məlum terror hadisəsini şiddətlə qınayıb. O, bildirib ki: “Qanlı hadisəni törədən terrorçuların ermənilərin zəbt etdiyi Azərbaycan ərazilərindən istifadə etdiyi məlum olmaqdadır. İllərdir Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan həmin bölgədə müxtəlif terror qruplarının fəaliyyətinə şərait yaradır. Məhz həmin PKK, İŞİD və digər terror qruplaşmalarının region üçün təhlükəli fəaliyyətlərinə işğal bölgəsində münbit şərait formalaşıb. Bu gün qonşu İranda baş vermiş qanlı terror hadisəsinin bu faktlarla ən yaxından əlaqəsi var. Hesab edirəm ki, İran dövləti terrorçuların işğal olunmuş ərazilərdən və İran Ermənistan sərhəd məntəqəsindən rahatlıqla istifadə etmələrinə görə Ermənistana qarşı sərt mövqeyini göstərməli və etibarsız qonşu olduğunu bilməlidir. Ermənistan dövləti hər an arxadan zərbə vurmağa və dostluğa xəyanətlə cavab verməyə hazır bir ölkədir. İrandakı terror hadisəsi bizi ciddi narahat edir və regionun təhlükəsizliyi üçün ölkələrimizin bu istiqamətdə daha sıx əməkdaşlığı vacibdir. Bu terror hadisəsini lənətləyir, ölənlərə Allahdan rəhmət diləyir, bütün İran xalqına və dövlətinə dərin hüznlə başsağlığı verirəm. İrana qarşı terror hücumunu özümüzə qarşı hesab edirəm”.

 

boyukmillet.com

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir