Şənbə , 23 Noyabr 2024
Drone Cameras

İstanbul və ətrafında ən yaxşı trekking marşrutları – FOTO

İstanbula bir iş səyahəti və ya tətil planlaşdırırsınızsa, gözəl açıq hava macərası üçün bir neçə əlavə gün ayırdığınızdan da əmin olun. İstanbul və ətrafı trekking marşrutları ziyarətçilərinə fərqli təbiət mənzərələrini kəşf etməyə və dincəlməyə imkan verir. Budur İstanbul və ətrafında ən böyük trekking marşrutları…

İstanbulun Təbiət Möcüzəsi: Belqrad Meşəsi

Sarıyer səmtindəki Belqrad meşəsi İstanbulda təbiət həvəskarları üçün idealdır. “İstanbulun ağciyərləri” olaraq xarakterizə edilən Belqrad Meşəsi 5300 hektar ərazini əhatə edir və ağacların kölgəsində müxtəlif gəzinti yolları təklif edir. Bu yollar arasında 6,5 kilometr uzunluğundakı Neşet Suyu cığırı qaçışçılar və piyadaların sevimlisidir.

Unutmayın: Belqrad Meşəsində Bahçeköy Vəhşi Təbiət İstehsalat Stansiyası və bəziləri Roma İmperiyası dövründə şimal meşələrindən İstanbula su daşımaq üçün tikilmiş qədim kanallar da var.

Cənnət Şəhərin Yanında: Ballıkayalar

Ballıkayalar Təbiət Parkı İstanbuldan avtomobillə cəmi bir saatlıq məsafədədir. Gebzenin Tavşanlı kəndində, çay kənarında, 2 kilometrlik vadidə yerləşən, asan və orta səviyyəli trekking təcrübələri təklif edən bu təbiət parkı təbiətsevərlər, qaya alpinistləri və piyadalar arasında olduqca məşhurdur. Vadinin gölü, şəlalələri və Ballıkaya çayına aparan travertin terrasları möhtəşəmdir. Bundan əlavə, parkın fauna və florasının bolluğu onun niyə bu qəsər popular olmasını da açıqlayır. Trekking zamanı cüyürləri, çöl dovşanlarını, qabanları, köstəbəkləri, sansar və müxtəlif quş növlərini təbii mühitlərində müşahidə edə bilərsiniz.
Unutmayın: Nadir quşlara, kəpənək növlərinə və 20 orxideya növünə ev sahibliyi edən Ballıkayalar, möhtəşəm biomüxtəlifliyi ilə quş, kəpənək və çiçək sevənlər üçün İstanbul yaxınlığında görməli olduqları vacib bir marşrutdur. Yaz ayları isə bu marşrutu araşdırmaq üçün mükəmməl bir mövsümdür.

Tekirdağın Gizli Xəzinəsi: Uçmakdere

Tekirdağın Şarköy bölgəsində yerləşən Uçmakdere İstanbuldan gələn təbiətsevərlər və gəzinti həvəskarları üçün məşhur məkanlar arasımndadır. Bölgə yamyaşıl şam meşələri ilə örtülüdür və Qanos (Işıklar) dağının və Mərmərə dənizinin inanılmaz mənzərələrini təqdim edir. Bu təbii ərazi yerli kənd məhsulları, həyat tərzi və mədəniyyəti ilə tanınır, bu da onu velosipedçilər, motosiklet səyahətçiləri və kapinistər üçün məşhur bir marşrut halına gətirir.

Unutmayın: Uçmakdere yamac paraşütü üçün də ideal seçimdir. Peşəkar bələdçilərlə siz, 650 metr yüksəklikdəki Nişantepedən yamac paraşütünü təcrübə edə bilərsiniz. Onu da qeyd etmək istərdik ki, üzüm bağları ilə məşhur olan Şarköydə gözəl türk şərabları da var.

Təbiətə qaçış: Erikli yaylası

Yalovanın Çınarcık səmtində yerləşən Erikli Yaylası İstanbula yaxın başqa bir məşhur trekkingidir. İstanbuldan təxminən iki saatlıq məsafədə yerləşən yayla, alma, küknar, cökə, şabalıd və qarağac ağacları ilə əhatə olunmuş fantastik gəzinti yolu təklif edir. Bölgədəki cığırlar yamac olsa da, asan deyil. Gəzinti zamanı şəlalə ilə qarşılaşmaq isə xoş bir mükafatdır. Erikli yaylasında düşərgə qurduqdan və bölgəni ürəyinizcə kəşf etdikdən sonra bölgənin Teşvikiye şəhər meşəsini, Qoşa şəlaləsini, Kiçik və Böyük Dipsiz Göllərini kəşf edə bilərsiniz.

Unutmayın: Erikli Yaylasından sonra Yalovada düşərgə ilə məşhur olan başqa bir məşhur yayla, Delmece Yaylasını da ziyarət edə bilərsiniz.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …