Bazar , 28 Aprel 2024
Drone Cameras

Ötən həftə azad olunmuş ərazilərdə 38 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

Boyukmillet.com  xəbər verir ki, ANAMA-nın məlumatına görə, azad olunan ərazilərdə 11-17 mart 2024-cü il tarixi ərzində 7 tank əleyhinə mina, 31 piyada əleyhinə mina, 202 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin, 1394.5 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.

Check Also

Prezidentin Almaniyaya səfəri bir sıra istiqamətlər üzrə mühüm xarakter daşıyır – RƏY

Prezident İlham Əliyevin Almaniyaya səfəri bir sıra istiqamətlər üzrə mühüm xarakter daşıyır. Bununla bağlı “Report”a Milli …