Bazar , 11 Yanvar 2026
Drone Cameras

İstanbuldan İrəvana təyyarə qalxıb

İstanbulun Sabiha Gökçən hava limanından İstanbul-İrəvan marşrutu üzrə ilk uçuş həyata keçirilib. Təyyarə İstanbuldan yerli vaxtla 23:55-də İrəvana doğru hərəkətə keçib.

Boyukmillet.com xəbər verir ki, təyyarənin göyərtəsində İrəvana uçmaq istəyən 107 nəfər var ki, onlardan 7-si Türkiyənin başqa şəhər və bölgələrindən, 48 nəfər isə xarici ölkələrdən İstanbula gəlib. Digər sərnişinlərin böyük əksəriyyəti İstanbulda yaşayan Ermənistan vətəndaşlarıdır.

Qeyd edək ki, iki ölkə arasındaki aviareyslərin bərpası, Türkiyə və Ermənistan münasibətlərinin normallaşması prosesinin vacib addımlarından biri hesab edilir.

Xatırladaq ki, 1993-cü ildən bəri diplomatik münasibətləri olmayan və sərhədlərin bağlı olduğu Türkiyə və Ermənistan arasında birbaşa təmaslar yanvarın 14-də başlayıb.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …