Cümə , 22 Noyabr 2024
Drone Cameras

Jurnalistlər prezidentə müraciət etdi

Bir qrup tanınmış jurnalist, mənzil problemi ilə bağlı prezident İlham Əliyevə müraciət edib.

Boyukmillet.com həmin müraciətin mətnini sizlərə təqdim edir:

Əziz media nümayəndələri! Jurnalistlərin 3-cü binasıyla bağlı dövlət başçısına bir qrup KİV nümayəndəsi müraciət hazırlayır. Müraciətə qoşulmaq istəyən jurnalistlər 26 iyul saat 00.00-adək soyad, ad, ata adı və iş yeri haqqında məlumatı şərh bölməsinə əlavə edə bilər. Uğurlar!

Ökədə fəaliyyət göstərən bir qrup KİV nümayəndəsinin

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti

Hörmətli cənab Prezident!

Azərbaycan dövləti və xalqı 2020-ci il 44 günlük Vətən müharibəsində son bir əsrlik tarixinin ən böyük Zəfərinə imza ataraq, işğal altında olan ərazilərimizi azad etməklə, dünyanın qalib ölkələri siyahısında öz layiqli yerini tutmağın böyük qürurunu yaşamaqdadır. Sizin bilavasitə rəhbərliyiniz altında və Xalq-Ordu vəhdətinin ən yüksək səviyyədə təşkili sayəsində möhtəşəm qələbə qazanan Azərbaycan bununla Avrasiya məkanında son 40 ildə ərazi bütövlüyünü məhz hərbi yolla bərpa etmiş ilk ölkə kimi tarixə öz adını yazdırdı.

Cənab Prezident!

Dövlət başçısı postuna gəlişinizdən sonra Azərbaycan dövlətinin üzləşdiyi problemlərə və beynəlxalq şəraitin mürəkkəbliyinə baxmayaraq, ölkə mediasının inkişafına, həmçinin jurnalistlərin sosial vəziyyətinin normallaşdırılması istiqamətində atdığınız ardıcıl addımlar KİV nümayəndələri tərəfindən dərin rəğbətlə qarşılanıb. Jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün Sizin 2010-cu il iyulun 22-də imzaladığınız “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında”, 2013-cu il iyulun 22-də imzaladığınız “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” və 2017-ci il iyulun 19-da imzaladığınız “Kütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamlara uyğun olaraq, ümumilikdə 410 jurnalist mənzillə təmin olunub.

Milli Mətbuat günü ilə əlaqədar keçirilən Şuşa forumunda “Bizim Qələbəmizi həzm edə bilməyən, uğurlarımıza qısqanclıqla yanaşan, bizə qarşı açıq informasiya savaşına çıxanlara biz tutarlı, real arqumentlərlə cavab verməliyik və veririk. Məhz bunun nəticəsidir ki, bu gün bütün bu iftiralara, böhtanlara, yalanlara baxmayaraq, Azərbaycanın sözü, Azərbaycan xalqının, dövlətinin haqlı səsi eşidilir və bunun əsas aləti bizim media resurslarımızdır. Ona görə cəmiyyətdə mövcud olan həmrəylik və birlik, bax, bu üstünlüyü bizə təmin edir” – sözləriniz Azərbaycan mediasının üzərinə yeni məsuliyyət qoyur.

Bu günə qədər Azərbaycan mediasının inkişafı naminə fəaliyyətiniz, xüsusi ilə, Sizin sərəncamınızla jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması biz jurnalistlər üçün stimuldur.

Cənab Prezident!

19 iyul 2017-ci ildə verdiyiniz sərəncamla tikilən jurnalistlər üçün üçüncü binananın tikintisi xeyli vaxtdır ki, başa çatıb.

3 ildən çoxdur ki, aralarında Şəhid Ailəsi üzvləri, Qarabağ müharibəsi iştirakçıları və uzun müddətdir informasiya müharibəsində fəaliyət göstərən jurnalistlər olan media nümayəndələri Sizin köməyinizlə ev probleminin həllinə ümid edirlər.

Sizin sərəncamınızla elan edilən “Heydər Əliyev ili”ndə jurnalistlərə növbəti hədiyyəniz bizlər üçün ikiqat sevinc olardı.

Hörmətlə,

1. Eyvazov Şöhrət Qulam oğlu- İctimai Televizya, müxbir, Qarabağ müharibəsi veteranı

2. Məmmədov Zaur Əhməd oğlu – “Unikal Media Qrup”, baş redaktor, Şəhid Ailəsi üzvü

3. Məmmədli Bəxtiyar Feruz oğlu “Kaspi” qəzeti, müxbir, Şəhid ailəsi üzvü

4. 5. Mirhəşimli Rəsul Zeynal oğlu, Avropa.info saytının redaktoru, Qarabağ müharibəsi veteranı

5. Verdizadə Seymur Vaqif oğlu, Jurnalist Araşdırmaları Mərkəzinin sədri

6. Zeynalov Araz Məhər oğlu, Yenicag.az, redaktor

7. Əhmədov Xanoğlan Əlüseyn oğlu, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri, http://xn--ilkxeber-o0e.org/ saytının baş redaktoru

8. Ağayev İlham Əli oğlu (İlham Tumas), İctimai Televizya, redaktor, aparıcı, Qarabağ müharibəsi veteranı

9. Mehdiyev Əlisəfa Pəsərək oğlu, “Konflikt Jurnalistikası Mərkəzi”nin rəhbəri, Qarabağ Müharibəsi veteranı

10. Rüstəmova Bahar Şaxalı qızı, Qaynarinfo.az, mədəniyyət şöbəsi

11. Fəxriyyə Abdullayeva, Afn.az saytında və “Medeniyyet/Culture” jurnalında müxbir, “Yeni Müsavat” qəzetində korrektor

12. Bəxtiyar Səlimov, Türküstan media qrupun redaktoru

13. İsmayılov Rasim Mədəd oğlu, Azərbaycan Televiziyası, aztv.az saytının redaktoru, Qarabağ müharibəsi veteranı

14. Bəbirov Rza İmran oğlu, ATV, koordinator-prodüser, Qarabağ Müharibə əlili

15. Məmmədli Yelmar Valeh oğlu – Baku TV, redaktor, Qarabağ Müharibəsi veteranı

16. Əliyev Müseyib Siyasət oğlu – Space TV, texnik, Qarabağ Müharibəsi veteranı

17. Əzizov Daşqın Mehdi oğlu – Offside Sport Media, direktor, Qarabağ Müharibəsi veteranı

18. Məmmədov Mahal Şahniyar oğlu – Azərbaycan Futzal Federasiyasının mətbuat katibi, Qarabağ Müharibəsi veteranı

19.Məcidli Bəxtiyar İftixar oğlu – ATV, redaktor, Qarabağ Müharibəsi veteranı

20. Salayev Nahid Mirsamid oğlu – “Bakı-Xəbər” qəzeti, jurnalist; “Aria.az”, redaktor, Qarabağ Müharibi əlili

21. Şərəfxanlı Nəsimi Çərkəz oğlu – Cumhuriyyet.az, baş redaktor, Qarabağ Müharibəsi veteranı

22. Baxşəliyev Rəşad Fizuli oğlu – “Azərbaycan” qəzeti, redaktor, Qarabağ Müharibəsi veteranı

23. Piriyev Emin Sabir oğlu – müstəqil jurnalist, Qarabağ Müharibəsi veteranı

24. Abdullayev Daşqın Fikrət oğlu, EL TV, müxbir, Qarabağ Müharibəsi veteranı

25. İsmayılov Rasim Mədət oğlu – Az TV, “Xəbərlər”, redaktor – Qarabağ Müharibəsi veteranı

26. Adığözəlli Samir Saleh oğlu, “Böyük Millət” qəzetinin baş redaktoru

27. Cəfərzadə Orxan Azat oğlu – “Kəpəz TV”, müxbir, Qarabağ Müharibəsi veteranı

28. Rəşidov Rəşad Valeh oğlu – İctimai Televiziya, müxbir, Qarabağ Müharibəsi veteranı

29. Kərimova Elnarə Əlosman qızı, Cebhe.info xəbər portalı və “Cümhuriyət” qəzetinin redaktoru

Dostlar, yuxarıda ilkin olaraq 29 nəfərin adının olması texniki məsələdir. Müraciət Prezidentə göndəriləndə burda qeyd olunan hər kəsin ad-soyadı siyahıya əlavə olunacaq. Sosial şəbəkə və saytlarda müraciəti paylaşa bilərsiniz.

Ayna Fərhad

Check Also

MŞ-nin sədr müavini: Xarici qüvvələr Azərbaycana qarşı mediada dezinformasiyalar yaymağa cəhd edirlər

Xarici qüvvələr Azərbaycana qarşı mediada Qarabağ məsələsi, din, insan haqları mövzusunda dezinformasiyalar yaymağa cəhd edirlər. …