Cümə , 17 May 2024
Drone Cameras

Kəlbəcər yolunda sıxlıq yaranıb:Ermənilər rayonu tərk edir

Azərbaycanın işğal olunmuş Kəlbəcər bölgəsində məskunlaşan ermənilər ərazini kütləvi şəkildə tərk edirlər.

Boyukmillet.com  xəbər verir ki, Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzalaığı bəyanata əsasən, rayonun təhvil verilməsinə hazırlıq gedir.

Erməni mətbuatı Kəlbəcərdə məskunlaşanların ərazini tərk etdiklərini, şimal yolunda maşın karvanlarının hərəkət etdiyini və sıxlıq yarandığını yazır.

Minik maşınları ilə bərabər çox sayda yük maşınlaır və mikroavtobuslar da Ermənistan istiqamətində hərəkət edir. Dünən yayılan məlumatlara görə isə ermənilər ərazini tərk edərkən meşələrə və evlərinə od vurur və bunu etiraf edirlər.  /Cebhe.info/

Check Also

Azad edilmiş ərazilərdə daha bir kütləvi məzarlıq aşkarlanıb

İşğaldan azad edilən Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlıq aşkar edilib. Boyukmillet.com xəbər …