Çərşənbə , 10 Dekabr 2025
Drone Cameras

Kəmaləddin Heydərov: “FHN-nin yeni Minaaxtaran Alayı yaradılıb”

“Azad olunan ərazilərdə Fövqəladə Hallar Nazirliyinin yeni Minaaxtaran Alayı yaradılıb”.

Boyukmillet.com xəbər verir ki , bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, həmin ərazilərə ilk günlərdən nazirliyin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

“Alayda 74 yeni minaaxtaran mütəxəssis yetişdirmişik, 120 ədəd minaaxtaran cihazlar xaricdən alınaraq həmin mütəxəssislərə təhvil verilib. Yeni yaradılmış alay Türkiyə mütəxəssisləri və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları ilə birlikdə ərazilərdə minadan təmizlənmə işlərini davam etdirirlər”, – o vurğulayıb.

Check Also

“Daxili qoşunlar haqqında” yeni qanun layihəsini qəbul edildi

Milli Məclisin bu gün keçirilən iclasında “Daxili qoşunlar haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb. “Daxili …