Çərşənbə axşamı , 23 Aprel 2024
Drone Cameras

Kərim Vəliyev: “Azərbaycan Ordusunun qələbədən sonra döyüş qabiliyyəti daha da yüksəlib”

“Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə edilən qələbədən sonra Azərbaycan Ordusunun döyüş qabiliyyəti daha da yüksəlib”.

Boyukmillet.com xəbər verir ki, bunu müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev NATO-nun Beynəlxalq Hərbi Qərargahının Kooperativ Təhlükəsizlik İdarəsinin rəisi general-mayor Françesko Diellanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı deyib.

O, Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, NATO-nun bölmələrimizin bu sahədə hazırlığına verdiyi töhfəni yüksək dəyərləndirib.

Check Also

Hava hücumundan müdafiə bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib

Cari ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələrində döyüş …