Şənbə , 27 Aprel 2024
Drone Cameras

Azərbaycanda korrupsiyaya qarşı mübarizə dövlət səviyyəsində aparılır

Azərbaycanda korrupsiyaya qarşı mübarizə dövlət səviyyəsində aparılır.

Trend-in məlumatına görə, bu barədə Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Korrupsiyaya qarşı mübarizə təşkilatlarının rəhbərlərinin və Ombudsmanlarının 3-cü iclasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib.

O qeyd edib ki, korrupsiya ilə mübarizə Azərbaycanda dövlət siyasətidir: “Azərbaycanda 3 pilləli məhkəmə sistemi mövcuddur. Beynəlxalq təşkilatlar ölkəmizdə görülən işləri yüksək qiymətləndirirlər. Azərbaycan brendi olan “ASAN xidmət” modeli fəaliyyət göstərir. Bu qurumun yaradılması korrupsiyaya qarşı mübarizə sahəsində atılan mühüm addımdır. Azərbaycan bu sahədə vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatlarla əməkdaşlıq edir”.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir