Şənbə , 27 Aprel 2024
Drone Cameras

Əkbər Qoşalı: “Gənclərimizin sağlam həyata axını güclənir”

“IV İslam Həmrəylik Oyunları bugün təntənəli qapanışla başa çatacaq. Bilirsizmi, IV Qlobal Forum daha yeni başa çatmışdı, İslamiada keçirildiyi günlərdə, paralel olaraq, “2017 Formula-1 Azərbaycan Qran Prisi”nin hazırlıqları davam edirdi. Uzunluğu 6 km.-dən artıq olan Bakı Şəhər Halqasının yolqırağı təhlükəsizlik çəpərlərinin, keçici körpülərin quraşdırlıması, təbliğat və s. işlər aparıla-aparıla, üstəlik, bir sıra ölkələrdəki idman yarışlarına heyətlərin göndərilməsi, onların uğurlu çıxışları fonunda baş tutan İslamiadadan danışırıq. Bunlar asan işlər deyil”. Bunu SİA-ya açıqlamasında Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib.

Onun sözlərinə görə, bütün bu və bənzəri sülhpərvər, tərəqqipərvər tədbirlər, elan olunmamış müharibədən əziyyət çəkən, ərazisinin müəyyən dərinliklərində şərti “cəbhə xətti” keçən ölkədə baş verir: “Nəzərə alsaq ki, İslamiadaya hazırlıq ərəfəsində, Oyunların keçirildiyi günlərdə də, düşmən ön cəbhədə təxribatlarını artırmışdı, hətta bəzi yaramazları öz toruna salaraq, terror, təxribat-pozuculuq əməliyyatları planlaşdırırdı və müvafiq dövlət orqanlarımız bu adıyaman gedişatın qarşısını qətiyyətlə aldı. Dövlətimiz bugünlərdə bacardıqları ən yüksək qiymətə layiqdir.

İslamiada, eləcə də bu kimi digər uluslararası tədbirlər ölkəmizə nə verir?

Birincisi, gücümüzü, nəyə qadir olduğumuzu parlaq şəkildə nümayiş etdirir. İkincisi, bir sıra rekordlar, əlamətdar olaylar Bakı Azərbaycan ünvanı ilə əbədiləşir. Üçüncüsü, ölkəmizə turist axını güclənir, iqtisadi qazanc əldə edirik. Dördüncüsü, istər-istəməz bu qədər insan, görkəmli idman, mədəniyyət xadimləri, jurnalistlər, alimlər və b. respublikamızın həqiqətləri ilə yaxından maraqlanır, bir çox hallarda bu yalnız maraqlanma səviyyəsində qalmır, məqalələrə, foto-video materiallara, nəşrlərə və s. Çevrilir. Beşincisi, gənclərimiz könüllülük edərək, əvəzsiz təcrübə əldə edir, öz gələcəkləri üçün təsəvvürləri dəqiqləşdirir. Altıncısı, sıravi vətəndaşlarımız da, istər biləvasitə, istərsə, ekran-efirdən görür-götürür, öz iş-güclərinə, planlarına, həyata, dünyaya baxışlarına səliqə-səhman gətirir. Yeddincisi, idman təsərrüfatımız inkişaf edir, gənclərimizin sağlam həyata axını güclənir.

Yəqin mənimlə razılaşarsız ki, bu siyahını xeyli artırmaq olar. Bax, bütün bunlar – dediklərimiz, deyəcəklərimiz, Azərbaycanın müxtəlif səviyyəli uluslararası tədbirlərə, o cümlədən IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyindən mədəni-mənəvi, siyasi-iqtisadi qazanaclarını göstərir.  Beləliklə, ən ümumi sözlərlə ifadə etsək: “Bizim Bakı bacardı. Alqışlar, Azad Azərbaycan”.

Ceyhun Rasimoğlu

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir