Cümə , 19 Aprel 2024
Drone Cameras

Qırğızıstanın turktoday.info portalı IV İslam Həmrəyliyi Oyunlarından yazdı

Mayın 22-də IV İslam Həmrəyliyi Oyunlarının möhtəşəm bağlanış mərasimi keçirilib. Mərasim dünyanın bir çox ölkələrində canlı yayımlanıb. “Olaylar” xəbər verir ki, Qırğızıstanın turktoday.info informasiya portalı da IV İslam Həmrəyliyi Oyunlarının bağlanması ilə əlaqədar Azərtacın rus dilində xüsusi materialını dərc edib. Materialda bağlanış mərasimində nümayiş etdirilən kompozisiyaların mahiyyətinə aydınlıq gətirilib. Materialda eyni zamanda Azərbaycan tərəfindən IV İslam Həmrəyliyi Oyunlarının ən yüksək səviyyədə təşkil edildiyi və uğurla başa çatdığı vurğulanıb. Qeyd edilib ki, mayın 12-də start götürmüş IV İslam Həmrəyliyi Oyunlarında 268 dəst medal öz sahibini tapıb. 11 gün ərzində 269 qızıl, 267 gümüş, 350 bürünc, ümumilikdə 886 mükafat 40 ölkə təmsilçisi arasında bölüşdürülüb.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir