Bazar , 8 Fevral 2026
Drone Cameras

“Keşlə”nin ilk oyununu 500 azarkeş izləyəcək

“Keşlə”nin Rusiyada “Soçi” klubuna qarşı keçirəcəyi UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununa cəmi 500 azarkeş buraxılacaq.

Boyukmillet.com -un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Vladimir Fedotov yerli radiolardan birinə açıqlamasında deyib.

55 yaşlı mütəxəssis bildirib ki, bu, ölkədə koronavirus pandemiyasına görə tətbiq olunan məhdudiyyətlərlə bağlıdır: “Qərarı anlayışla qarşılayırıq. Stadiona gələnlər bizim sadiq azarkeşlərimiz olacaq”.

Qeyd edək ki, iyulun 29-da Soçidə keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Check Also

Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb

Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb. Peşəkar Futbol Liqasından AZƏRTAC-a bildirilib ki, “Qarabağ”ın təcrübəli …