Cümə , 29 Mart 2024
Drone Cameras

Kestutis Yankauskas: Naxçıvanda bir sıra sahələrdə uğurlu nəticələr qazanılıb

Dördüncü dəfədir ki, Naxçıvana səfər edirəm. Bizi burada həmişə qonaqpərvərliklə qarşılayırlar. Naxçıvana səfərimizin məqsədi Azərbaycan Mikromaliyyə Assosiasiyasının icra etdiyi “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsinin açılışında iştirak etməkdir. Bir il müddətində davam edəcək layihənin məqsədi əsas diqqəti qadınlara və digər həssas qruplara yönəltməklə, Azərbaycanda rayon və kənd icmalarının mikromaliyyələşdirmə xidmətlərinə çıxışını yaxşılaşdırmaqdır.

Boyukmillet.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında səfərdə olan Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

“Layihə qadın sahibkarlara kömək məqsədi daşıyır, onların öz kiçik bizneslərini inkişaf etdirməsinə səbəb olacaq, burada mövcud olan ənənəvi sənətkarlığın təbliğinə şərait yaradacaqdır”, – deyən Kestutis Yankauskas bildirib ki, bütün bunlar, ilk növbədə, kiçik və orta sahibkarlığın inkişafına və Naxçıvanın turizm məkanı kimi təbliğ olunmasına gətirib çıxaracaqdır. Bu layihə 300-dən artıq qadının səlahiyyətləndirilməsini dəstəkləmək üçün Avropa İttifaqının Naxçıvanda maliyyələşdirdiyi ilk layihədir. Ümidvaram ki, biz gələcəkdə də birgə layihələr həyata keçirəcəyik.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri deyib: Çalışacağıq ki, gələcəkdə daha çox turist cəlb etmək imkanına malik bir neçə kənddə olaq. Naxçıvanda bir sıra sahələrdə uğurlu nəticələr qazanılıb. Məsələn, bilirəm ki, Naxçıvanda alternativ və bərpaolunan enerji sahəsində böyük nailiyyətlər əldə olunub. Burada qadın sahibkarların da sayının çox olduğunu öyrənmişəm. Bu mənada düşünürəm ki, bizim əməkdaşlığımızın möhkəm əsasları var.

Naxçıvanda keçirilən “Kətə” festivalında da iştirak etdiyini deyən Kestutis Yankauskas bildirib ki, ilk dəfədir, bu festivalda iştirak edir: Burada hazırlanan kətə çox dadlıdır. Həyatımda ilk dəfədir ki, kətə yeyirəm, çox gözəl özünəməxsus dadı var. “Kətə” festivalında tələbələrin təqdim etdiyi rəqs nümunələri də çox xoşumuza gəldi.

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir