Çərşənbə axşamı , 15 Oktyabr 2024
Drone Cameras

İki nazirlikdən birgə açıqlama:kartof, soğan və kələm ucuzlaşacaq -QİYMƏTLƏR

Bu ilin mart ayının sonunda və aprel ayının əvvəlində kartof, soğan və kələmin qiymətində ciddi artım müşahidə olunub.

Boyukmillet.com xəbər verir ki, bu barədə İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin birgə açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, daxili bazarın tənzimlənməsi və qiymətlərin sabitləşməsi məqsədilə kartof, soğan və kələmin ixracına müddətli rüsumun tətbiqi, soğan idxalına spesifik rüsumun may ayının 31-dək ləğv edilməsi, həmçinin faraş kartof, soğan və kələmin satışa çıxarılması nəticəsində bazarda bu məhsulların təklifi artmış və aprel ayının ikinci ongünlüyündən başlayaraq qiymətlərdə ucuzlaşma müşahidə edilir.

“Belə ki, artıq kartofun 1 kiloqramı bazarlarda 0,70 manatdan, marketlərdə 0,79 manatdan, soğanın 1 kiloqramı bazarlarda 0,70 manatdan, marketlərdə 1,09 manatdan, kələmin 1 kiloqramı bazarlarda 1,00 manatdan, marketlərdə isə 1,29 manatdan başlayan qiymətlərlə təklif olunur. Bu isə əvvəlki qiymətlərlə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır. Mövsümlə bağlı bazara çıxarılan kartof, soğan və kələmin miqdarının artması ilə əlaqədar bu məhsulların daha da ucuzlaşacağı gözlənilir”, – məlumatda qeyd olunub.

Check Also

23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir