Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

KİV: Türkiyə hələ ki Ermənistanla sərhədi açmağı planlaşdırmır

Ankara bildirib ki, Türkiyənin Ermənistanla sərhədlərinin açılması məsələsi münasibətlərin normallaşması prosesindən asılı olacaq.

Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin diplomatik mənbəsi məlumat yayıb.

Mənbə qeyd edib ki, Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması üzrə danışıqlar prosesi davam edir.

“Hazırda söhbət konkret sərhədin açılmasından yox münasibətlərin normallaşmasından gedir. Bu məsələ (sərhədin açılması – red.) prosesin gedişatından asılı olacaq, hələ ki konkret müddət yoxdur”, – mənbə nəşrə bildirib.

Check Also

Gürcüstanda qrantlarla bağlı qanun sərtləşdirilir, həbs cəzası ağırlaşdırılır

Gürcüstan parlamenti “Qrantlar haqqında” qanuna dəyişiklikləri birinci oxunuşda (82 lehinə, 10 əleyhinə – Qeyd) qəbul …