Şənbə , 20 Aprel 2024
Drone Cameras

Kiyevdə Azərbaycanın diaspor təşkilatı toplandı və RADA ilə bağlı bəyanat verdi


Kiyev şəhərində Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin geniş toplantısı keçirilib
Toplantıda Azərbaycan Respublikasının Ukraynadakıl fövaqladə və salahiyyətli səfiri Elmira Axundova, Ukrayna Ali Radasının deputatı, Ukrayna və Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Valeri Kolyux, Sergey Tarutanın, Prezident Ofisinin Xarici siyasət direktoratının nümayəndəsi Andrey Sklyarın, Ukraynanın Vergi Xidmətinin sabiq rəisi, əslən azərbaycanlı Roman Nəsirovun və digərlərinin iştirakı ilə Azərbaycan diasporunun Ukraynada fəaliyyəti, ölkələrimizin əməkdaşlığının inkişaf perspektivləri barədə müzakirələr aparılıb.

Toplantıdan əvvəl səfir konqresin yerləşdiyi ofislə tanış olub. Tanışlıq zamanı Birləşmiş Ukrayna Azərbayncalıları Konqresinin sədri Rövşən Tağıyev səfirə konqresin gördüyü işlər və perspektivlər barədə geniş məlumat verilib.

Daha sonra Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin 40-a yaxın vilayət təşkilatının rəhbəri və fəalının iştirakı ilə geniş dəyirmi masa işə başlayıb. Tədbirdə giriş sözü ilə çıxış edən konqresin sədri R.Tağıyev bildirib ki, Rusiyadan sonra dünyada ən güclü Azərbaycan diasporu Ukraynada formalaşıb. Bu gün Azərbaycan diasporu Ukraynanın ictimai-siyasi, iqtisadi, mədəni həyatında fəal rol oynayır, Ukrayna cəmiyyətinə inteqrasiya olunur. Hazırda konqresin üzvləri Ukraynada yerli seçkilərə öz namizədliklərini irəli sürürlər. Diasporla səfirlik arasında konstruktiv əməkdaşlığın olacağına ümid bəslədiyini vurğulayan R.Tağıyev qeyd edib ki, tədbirin keçirilməsinin əsas məqsədi mövcud problemləri kollektiv şəkildə müzakirə edərək aradan qaldırmaq, gələcək planları, hədəfləri müəyyənləşdirməkdir.

Ölkəmizin milli maraqlarının müdafiəsi naminə birgə fəaliyyətin vacibliyini vurğulayan səfir E.Axundova bildirib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Dağlıq Qarabağ problemi, diaspor hərəkatının keyfiyyətcə yeni müstəviyə çıxarılması yolunda atılan addımların müəyyən edilməsi və bu istiqamətdə səmərəli layihələrin həyata keçirilməsi olduqca önəmlidir.

“Ulu öndər Heydər Əliyevin əsas fəaliyyətlərindən biri diaspor təşkilatlarının vahid formada təşəkkül tapması olub. Azərbaycan Prezidenti İlham Əliyevin də əsas tövsiyələrindən biri diaspor təşkilatlarımızın koordinasiyalı, birgə fəaliyyətidir. Bu gün Ukraynada ölkə üzrə diaspor təşkilatlarının birgə fəaliyyətinə nail olunub. Bu birgə fəaliyyəti davam etdirmək, yaranan narazılıqları aradan qaldırmaq olduqca önəmlidir. Dövlətin təmsilçisi olaraq səfirlik diasporun inkişafına dəstək verməyə həmişə hazırdır. Konqresin yaranması, strukturlaşması, inkişafı hamıya məlumdur, bu təşkilat güclüdür. Səfirliyin qapısı diasporumuzun hər bir üzvünün üzünə açıqdır. İnanıram ki, bugünkü müzakirələr səmərəli olacaq və qaldırılan problemlərin həlli üçün səylər birləşdiriləcək”, – deyə E.Axundova əlavə edib.

Diplomat qeyd edib ki, Azərbaycan-Ukrayna münasibətlərində yeni era başlayır. Ukraynanın milli təhlükəsizliyinə dair yeni strategiyasında Azərbaycan strateji tərəfdaş ölkə müəyyən edilib. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir. Sözsüz ki, Azərbaycan diasporu da ölkələrimiz arasında münasibətlərin inkişafına öz töhfəsini verir. Buna baxmayaraq, soydaşlarımız yeni çağırışlara da hazır olmalıdırlar.

Ukrayna Ali Radasının deputatı, Azərbaycanla parlamentlərarası dostluq qrupunun həmsədri Valeri Kolyux, Prezident Ofisinin Xarici siyasət direktoratının nümayəndəsi Andrey Sklyar, Ukraynanın Vergi Xidmətinin sabiq rəisi, əslən azərbaycanlı Roman Nəsirov çıxış edərək Azərbaycan diasporunun Ukraynanın inkişafındakı xidmətlərindən danışıblar.

Sonda diaspor nümayəndələrinin çıxışları və təklifləri dinlənilib. Azərbaycanlılar onları narahat edən məsələləri qaldırıb və təkliflərini səsləndiriblər. Müzakirələrin sonunda səfir səsləndirilən təklif və tövsiyələrin müvafiq qurumlara çatdırılacağını, həmçinin müvafiq qərarların qəbul ediləcəyini söyləyib.
Qeyd edəkki Toplantıda Rəqion sədrlərinin yekdil səsverməsi ilə Ukraynada yaradılmış Ukrayna Azərbaycanlıları Radasının tərkibindən çıxmaq qərarı verilərək bəyanat qəbul olundu .Boyukmillet.com

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …