Bazar , 23 Fevral 2025
Drone Cameras

Konfrans Liqası: “Qarabağ” bu gün Kipr klubu ilə qarşılaşacaq

“Qarabağ” bu gün UEFA Konfrans Liqasında növbəti oyununu keçirəcək.

Boyukmillet.com-un məlumatına görə, Azərbaycan təmsilçisi III təsnifat mərhələsinin ilk görüşündə Kiprdə AEL-in qonağı olacaq. Larnaka şəhərindəki “AEK Arena”da oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşmanı İsveçdən olan FIFA referisi Qlenn Nyuberq idarə edəcək.

“Köhlən atlar”ın heyətində müdafiəçilər – Bədavi Hüseynov, Elvin Cəfərquliyev və Rahil Məmmədov Limassol təmsilçisinə qarşı oynamayacaq. Əvəzində yeni transferlər – Bəhlul Mustafazadə, Riçard Almeyda və Qaspar Panadero Zamora qarşıdakı oyuna sifariş edilib.

Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv əvvəlki raundda İsrail “Aşdod”unu mübarizədən kənarlaşdırıb – 0:0, 1:0. AEL isə Albaniya “Vlajniya”sına hər iki qarşılaşmada eyni hesabla qalib gəlib – 1:0.

Qeyd edək ki, “Qarabağ” mərhələni keçsə, pley-offda “Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

UEFA Konfrans Liqası

III təsnifat mərhələsi, ilk oyun

5 avqust

21:00. AEL (Kipr) – “Qarabağ” (Azərbaycan)

Hakimlər: Qlenn Nyuberq, Mahbod Beygi, Andreas Söderkvist, Boyan Panciç

Larnaka. “AEK Arena”.

Check Also

Azərbaycan millisinin sabiq futbolçusu futboldan ömürlük uzaqlaşdırılıb

Azərbaycan millisinin sabiq futbolçusu Adil Nağıyev futboldan ömürlük uzaqlaşdırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə …