Cümə , 22 Noyabr 2024
Drone Cameras

Lənkəranda şəhid övladları üçün “açıq qapı günü” keçirilib

Noyabrın 1-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzində Vətən müharibəsi şəhidlərinin övladları üçün Zəfər Gününə həsr olunmuş “açıq qapı günü” keçirilib.

Boyukmillet.com xəbər verir ki, FHN işçilərinin Həmkarlar İttifaqının dəstəyi, nazirliyin İctimaiyyətlə əlaqə idarəsi və Cənub Regional Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid ailələrinin üzvləri, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini polkovnik Məhbubə Mustafayeva, nazirliyin Cənub Regional Mərkəzinin rəisi polkovnik-leytenant Müsəddiq Əsədov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev, Astara Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Malıyev, yerli hüquq mühafizə orqanları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında əvvəlcə Azərbaycan dövlət bayrağı meydana gətirilib, Dövlət himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Açıq qapı günü”ndə uşaqlara nazirliyin Cənub Regional Mərkəzinin xilasediciləri və Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən yanğınsöndürmə və xilasetmə texnikası və avadanlıqları təqdim olunub, uşaqların sualları cavablandırılıb. Xilasedicilərin nümunəvi təlimi isə uşaqlarda böyük marağa səbəb olub.

Tədbirdə FHN-in dəvəti ilə Azərbaycanda olan türkiyəli psixoloqlar uşaqlarla fərdi söhbətlər aparıb, maraqlı psixoloji oyunlar keçiriblər.

Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …