İkinci Qarabağ müharibəsində qazanılmış qələbə münasibətilə lerikli gənclər arasında “Xəmsə” Milli İntellektual Oyunu üzrə “Zəfər Kuboku” turniri keçirilib.
Boyukmillet.com xəbər verir ki, 200-ə yaxın gəncin iştirak etdiyi turnir lerikin 30-ə yaxın kənd məktəblilərini və rayon məktəblilərini əhatə edib.
Belə ki, turnirdə şəhid, qazi və veteranların ailə üzvləri də iştirak ediblər. İlkin olaraq zona mərhələləri üzrə keçirilən turnirə hər zonadan bir komanda finala vəsiqə qazanıb.
Ümumilikdə, 8 komandanın iştirak etdiyi finalda Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyin gəncləri birinci yerin sahibi, Gürdəsər məktəbini təmsil edən gənclər ikinci, Mastail komandası isə üçüncü yerin sahibi olublar.
Qalib gələn komandalar Lerik Rayon Gənclər və İdman İdarəsi, həmçinin Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lerik nümayəndəliyi tərəfindən təltif ediliblər.