Cümə axşamı , 5 Dekabr 2024
Drone Cameras

Əli Həsənovun həbsdəki nəvəsinin işində şok gəlişmə – özü payızda könüllü gedir

Nail Allahverdiyevin məhkəmə qərarından apelyasiya şikayəti verməməsi baş nazirin müavininin nəvəsinin işini daha da ağırlaşdıra bilər; gözlənilir ki, komitə sədri indi deyil, payız aylarında, məhkəmə başlayan ərəfədə “öz xahişi” ilə işdən çıxsın, oliqarxı həbsdən çıxaran vəkillə yeni müqavilə imzalanıb

Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin vəkili dəyişib. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, təqsirləndirilən şəxsin vəkili Sevdiyar Bayramov gözlənilmədən işdən kənarlaşdırıb.

N.Allahverdiyev bu il avqustun 3-də saat 21:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində “Mercedes-Gelandewagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törədib.

Xətai rayon Məhkəməsində N.Allahverdiyev barəsində həbs-qətimkan tədbiri seçilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyev barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O, Bakı İstintaq Təcridxanasına köçürülüb.

Image result for Nail Allahverdiyev

S.Bayramovun işdən kənarlaşdırılması barədə ən müxtəlif xəbərlər var. Xəbərlərdən biri budur ki, sözügedən vəkil vaxtilə məmur balaların özbaşınalığı ilə bağlı açıqlamaları olub. İkinci versiya budur ki, Nail Allahverdiyev barəsində olan məhkəmə qərarından apelyasiya şikayəti verilməyib. Vəkil bunu N.Allahverdiyevin yaxınlarının istəyi kimi açıqlayıb ki, bu da gələcəkdə baş nazirin nəvəsinin hökmünü ağırlaşdıra bilər. Qərardan üç gün müddətində apelyasiya şikayəti verilə bilər ki, bu da baş verməyib. N.Allahverdiyevin yaxınları bu işin onların ziyanına olduğunu görünür sonradan anlayıblar. Bəzi xəbər portalları bu addımı “şok xəbər” kimi tirajlayıblar. Çünki adətən ən ağır cinayət işlərində belə vəkillər və təqsirləndirən şəxs bu hüquqi prosedurdan formal da olsa keçməyə çalışır. Məsələn, məhkəmədən o xahiş edilə bilərdi ki, N.Allahverdiyev ev dustağı edilsin. Bu baş verməsəydi belə, məhkəmədə bu, N.Alklahverdiyevin hökmünə təsir edən fakt ola bilər. Görünür, ictimai qınaqdan çəkinən Əli Həsənovun yaxınları bu məsələyə lazımı diqqət ayırmayıblar ki, indi bu işdə suçlu kimi vəkili görürlər. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsində birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarlardan apelyasiya şikayətinin və ya apelyasiya protestinin verilməsi 381.1 maddədə öz əksini tapır. Məcəllədə bildirilir ki, birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apelyasiya instansiyası məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Image result for Nail Allahverdiyev

Xəbərlərə görə, Ə.Həsənov hazırda çətin durumdadır və vəziyyəti dəyişmək üçün müxtəlif cəhdlər edir. Onun işdən çıxarılacağı hazırda gündəmdə deyil, amma bu hadisə onun hakimiyyətdəki mövqelərinin xeyli zədələdiyi deyilir.

Ə.Həsənovun baş nazir olmaq iddiası da vardı ki, bunun artıq mümkün olmadığı aydındır. Gözlənilir ki, Ə.Həsənov indi deyil, payız aylarında, məhkəmə başlayan ərəfədə “öz xahişi” ilə işdən çıxsın.

Image result for Əli Həsənov

Bundan sonra N.Allahverdiyevin hüquqlarını vəkil Muxtar Mustafayev müdafiə edəcək. M.Mustafayev açıqlamasında xaricdə olduğunu və bu işlə bağlı danışmaq istəmədiyini bildirib.

Muxtar Mustafayev Amerika Vəkillər Birliyinin Assosiativ üzvü və 2005-ci ildən Beynəlxalq Vəkillər Birliyinin üzvüdür. Muxtar Mustafayev Beynəlxalq Bank işinə görə həbs edilən “PNN Group” şirkətinin təsisçilərindən olan Nizami Piriyevin vəkili olub. O zaman daha çox Muxtar Mustafayevin səyi nəticəsində məhkəmə N.Piriyev barəsində həbs-qətimkan tədbirini dəyişdi. ANS Teleradio Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı iddiası əsasında məhkəmədə də ANS-in nümayəndəsi vəkil Muxtar Mustafayev olub.

Yasamal Rayon Məhkəməsində sabiq deputat Gültəkin Hacıbəylinin jurnalist Eynulla Fətullayevlə məhkəmə dartışmasında da G.Hacıbəylinin hüquqlarını prosesdə müdafiə edən vəkillərdən biri də Muxtar Mustafayev olub.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir