Çərşənbə axşamı , 10 Dekabr 2024
Drone Cameras

Əli Əhmədov: Azərbaycan dünyada daha yaxşı yaşayışın təmin olunması prosesində yaxından iştirak edir

“Azərbaycan qloballaşan dünyanın bir hissəsidir və dünyada daha yaxşı yaşayışın təmin olunması prosesində yaxından iştirak edir”.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini – icra katibi Əli Əhmədov bu gün Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının işçi qruplarının iclasında deyib.

Ə.Əhmədov bildirib ki, Azərbaycanın BMT-nin 2016-2030-cu illər üzrə Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulmasının çox ciddi səbəbləri var. Baş nazirin müavini bildirib ki, dünya sürətlə dəyişir və bu baxımdan Azərbaycanın bu proqrama qoşulması tamamilə təbiidir:

“Güman edirəm ki, 2030-cu ilə qədər bu layihədə iştirak edərək hesabatlar hazırlayacağıq. Bu istiqamətdə bizim hər birimizin üzərinə mühüm vəzifələr düşür. İnanıram ki, vəzifələrimizin öhdəsindən layiqincə və vaxtında gələcəyik. 2017-ci ilin may ayında biz ilk könüllü hesabatı təqdim etməliyik. Ona görə də könüllü hesabatın hazırlanması istiqamətində işləri sürətləndirməliyik. Bu bizim BMT qarsınıda layihə ilə bağlı verəcəyimiz ilk hesabat olacaq”.

Ə.Əhmədov bildirib ki, BMT tərəfindən Azərbaycanda bu proqramla bağlı görülən işlər yüksək qiymətləndirilib.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir