Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Məhkəmə Vardanyanla bağlı qərar verdi

Səbail Rayon Məhkəməsində Qarabağdakı keçmiş separatçı-terrorçu qurumun “dövlət naziri” vəzifəsində çalışmış Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsinin təqdimatına baxılıb.

Boyukmillet.com xəbər verir ki, keçirilən prosesdə təqdimat təmin edilib.

Məhkəmə tərəfindən Ruben Vardayan barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Ruben Vardanyan ötən gün “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində saxlanılıb.

Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü R.Vardanyanın Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Check Also

Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib – BİRGƏ MƏLUMAT

Bakının Xətai rayonunda kafedə baş verən silalı insident üzrə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 …