Şənbə , 28 Noyabr 2026
Drone Cameras

Mərkəzi Bank milli valyuta barədə videoçarxlar hazırlayıb

Mərkəzi Bankın həyata keçirdiyi maliyyə savadlılığı işləri çərçivəsində milli valyutanın kağız pul nişanlarını əhaliyə daha yaxından tanıtmaq və onları milli atributumuz barədə maarifləndirmək məqsədilə manatın vahid konsepsiyası və ayrılıqda hər bir nominal haqqında xüsusi videoçarxlar hazırlanıb.

Bankdan Trend-ə verilən məlumata görə, videoçarxlarda hər nominalın fiziki göstəriciləri, dizayn və mövzusu ilə yanaşı, onların üzərindəki təhlükəsizlik və mühafizə elemetləri də əks olunur.

Ətraflı məlumatı internet ünvanından əldə edə bilərsiniz.

Qeyd edək ki, Mərkəzi Bank tərəfindən ölkədə maliyyə savadlılığının artırılması məqsədi ilə hazırlanan maliyyə savadlılığı portalı (http://bizimpullar.az/) əhalinin müasir maliyyə alətlərindən istifadə üzrə biliklərinin artırılmasına, nəticədə onlarda rasional maliyyə davranışlarının inkişaf etdirilməsinə və yığım mədəniyyətinin formalaşdırılmasına xidmət edir. Portalda iqtisadiyyat və maliyyə sahəsindən maarifləndirici xarakterli materiallar, bank xidmətləri və mərkəzi bankçılığa dair izahedici animasiyalar, iqtisadi məzmunlu oyunlar, virtual muzey və məktəblilər üçün rubrikalar yer alıb.

Check Also

Rusiya tərəfi Ukraynaya 250 meyit təhvil verib

Ukraynaya 250 meyit qaytarılıb. Rusiya tərəfinin iddiasına görə, onlar müharibədə həlak olmuş Ukrayna hərbçiləridir. Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir