Şənbə , 3 İyun 2023

Makedoniyada etirazçılar parlament binasına daxil olublar – VİDEO

Makedoniyada etirazçılar polis səddini yararaq parlament binasına daxil olublar.

“Report” “Sputnik”ə istinadən xəbər verir ki, etirazlara parlamentin spikeri vəzifəsinə alban Talat Haferin spiker seçilməsi səbəb olub.

Bir müddətdən sonra xüsusi təyinatlılar kütləni dağıdıb və binanı azad edib.

Makedoniyada siyasi böhran 2016-cı il seçkilərindən sonra başlayıb. Həmin vaxt keçmiş baş nazir Nikolay Qruyevskinin mühafizəkar partiyası qalib olsa da, hökuməti formalaşdırmaq üçün kifayət qədər səs toplaya bilməyib.

Yekunda sosial-demokratlar və etnik albanları təmsil edən iki partiyanın iştirakı ilə koalisiya yaradılıb.

Check Also

İranın Rusiyaya ixracı 57% artdı

2022-2023-cü maliyyə ilində İran Rusiyaya 743,88 milyon dollar dəyərində 1,41 milyon ton mal ixrac edib …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir