Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Masallı və Gəncədə qanunsuz tikililər sökülüb

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Masallı və Gəncədə qanunsuz tikililərin qarşısını alıb.

Boyukmillet.com xəbər verir ki, qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Masallı şəhəri və Gəncə şəhərinin Şıxzamanlı qəsəbəsi ərazisində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkarlanıb.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanının nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.

Check Also

Qaradağda 66 kiloqramdan çox narkotik qanunsuz dövriyyədən çıxarılıb

Bakının Qaradağ rayonunda 66 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat …