Bazar , 8 Fevral 2026
Drone Cameras

MDB-yə üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi görüşünün vaxtı məlum olub

Dekabrın 26-da Sankt-Peterburqda MDB-yə üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə MDB-nin İcraiyyə Komitəsinin sədri Sergey Lebedev deyib.

“Dekabrın 25-26-da Sankt-Peterburqda iki mühüm tədbir keçiriləcək. Dekabrın 25-də prezidentlər səviyyəsində Avrasiya İqtisadi İttifaqının (Aİİ) Ali Şurası, dekabrın 26-da isə MDB ölkələri prezidentlərinin qeyri-rəsmi görüşü gözlənilir”, – o bildirib.

Qeyd edək ki, S.Lebedev bunu Minskdə MDB İcraiyyə Komitəsində keçirilən Birliyə üzv ölkələrin Daimi Nümayəndələr Şurasının növbəti iclası başlamazdan əvvəl bəyan edib.

Check Also

Gürcüstanda qrantlarla bağlı qanun sərtləşdirilir, həbs cəzası ağırlaşdırılır

Gürcüstan parlamenti “Qrantlar haqqında” qanuna dəyişiklikləri birinci oxunuşda (82 lehinə, 10 əleyhinə – Qeyd) qəbul …