Bazar , 4 Oktyabr 2026
Drone Cameras

Mehriban Əliyevadan soyqırımı PAYLAŞIMI

Birinci vitse-prezident Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.

Boyukmillet.com-un məlumatına görə, paylaşımda deyilir:

“Bu gün Azərbaycanlıların Soyqırımı Günüdür. 1918-ci ilin mart ayında törədilmiş vəhşiliklər bütün bəşəriyyətə və insanlığa qarşı qanlı cinayətdir. İllər keçsə də biz Azərbaycan xalqının məruz qaldığı etnik təmizləmənin, terror və soyqırımı aktlarının, ona amansızcasına divan tutulmasının ağrı-acısını heç vaxt unutmayacağıq. Faciənin günahsız qurbanlarının nurlu xatirəsini dərin hüznlə yad edir, Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm”.

Check Also

Azərbaycanda Anım Günüdür

 Bu gün Vətən müharibəsinin başlamasından 6 il ötür. Boyukmillet.com xatırladır ki, 2020-ci ilin sentyabrın 27-də …