“Bu il məktəblərdə istiliklə bağlı problem olmayacaq”.
Boyukmillet.com xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında bildirib.
“Ötən il də məktəblərimizdə istiliklə bağlı problem yox idi. Demək olar ki, bütün məktəblərdə payız və qış mövsümünə hazırlıqla bağlı monitorinqlər keçirilib. Öncədən bütün lazımi tədbirlər görülüb. Müsbət notlarla tədris ilinə başlayırıq. Düşünürük ki, uşaqlarımız isti məktəblərdə tədrisə davam edəcəklər”, – o qeyd edib.