Cümə , 27 Noyabr 2026
Drone Cameras

MHP başqanı İbad Hüseynlini qəbul etdi: “Qapımız hər zaman üzünə açıq…”


 

Türkiyədə Azərbaycandan daha çox sevilən və adına küçələr, parklar verilən Qarabağ Qazimiz, “Azərbaycan Bayrağı” ordenli cəsur kəşfiyyatçımız İbad Hüseynli Ankarada bir sıra görüşlər keçirib.

 
Xocalı soyqırımının  qardaş ölkədə növbəti ildönümünün keçirilməsi tədbirlərinə qatılan İbad Hüseynli MHP başqanı Dövlət Bahçeli ilə də görüşərək Qarabağ savaşındakı mücadiləsindən bəhs edib. 
 
İ. Hüseynlini MHP qərargahında qəbul edən Bahçeli iki qardaş ölkə münasibətlərinin daha yüksək səviyyə qaldırılması üçün düşüncələrini bölüşüb, eyni zamanda hər zaman qapısının Qarabağ Qazisinin üzünə açıq olduğunu xüsusi olaraq vurğulayıb.
 

Check Also

Rusiya tərəfi Ukraynaya 250 meyit təhvil verib

Ukraynaya 250 meyit qaytarılıb. Rusiya tərəfinin iddiasına görə, onlar müharibədə həlak olmuş Ukrayna hərbçiləridir. Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir