Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Millət vəkilinin təklifinə daha bir QHT qoşuldu

Sosialxəbər.az xəbər verir ki, Millət vəkilinin təklifinə daha bir QHT qoşuldu. Hələ ötən ilin büdcə müzakirəsində millət vəkili, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasın sədri Azay Quliyev qeyd edirdi ki, 2016-cı ildə Dövlət Dəstəyi Şurasına ayrılan vəsait təxminən 1,6 milyon manat azaldılıb. Təəssüflər olsun ki, 2018-ci ilin dövlət büdcəsində də heç bir artım nəzərdə tutulmayıb. Yəni, əvvəlki 5,5 milyon manat vəsait qalıb.Və bu məsələyə ciddi yanaşmağı xahiş edirdi: “Nəzərə alsaq ki, Azərbaycanda 3 mindən çox QHT qeydiyyata alınıb. Əgər verilən vəsaiti QHT-lər arasında bölsək, hər bir QHT-yə 1000-1300 manat vəsait düşür. Bir il ərzində bu vəsaitlə QHT-lər hansı işlər həyata keçirə bilərlər . Manatın devalvasiyasından sonra baş vermiş dəyişikliklər bizim xərclərimizi ikiqat artırır. Hər kəs bilir ki, QHT-lər ölkədə proseslərdə aktiv rol oynayırlar.

Hesab edirəm ki, bu məsələyə baxmalıyıq və imkan daxilində köməklik etməliyik. Biz bu gün bunlara sahib durmasaq, maliyyələrini lazımi şəkildə ödəməsək, şübhəsiz ki, kənardan müdaxilələr olacaq və bu boşluqlar kənar qüvvələr tərəfindən doldurulacaq”. Bəli, ötən il millət vəkiinin bu çağırışı diqqətə alınmadı. Nəticədə də artıq bir sıra ciddi QHT-lər təşkilatını bağlamaq məcburiyyətindədir. Və vəziyyətin ciddiliyini anlayan millət vəkili Azay Quliyev bu il də 2019-cu ilin büdcə müzakirəsində həyacan siqnalı çalaraq QHT-lərə ayrılacaq vəsaitin artırılması ilə bağlı çıxış etdi. Amma təəssüf ki, yaranan vəziyyətin ciddiliyini bir çoxları anlamaq istəmir. 10 il ərzində böyük yol qət edən ictimai sektor dövlətin maraqlarını hər zaman müdafiə edir.

QHT-lərin fəaliyyəti yalnız ölkə daxilində deyil. Xaricdə icra olunan layihələrlə bu gün məcbur olunduğumuz müharibə barədə xarici auditoriyanı daha çox məlumatlandırır. Elə isə bəzən gərəksiz məsələlərin icrasına milyonlarla vəsait tapılırsa, niyə QHT-lərə lazımi vəsait ayrılmasın. Əsgər Ailələrinə Dəstək İctimai Birliyi hesab edir ki, cənab Azay Quliyevin qaldırdığı məsələyə çox ciddi yanaşılmalı,ayrılan məbləğ artırılmalıdır.

Mətanət Əsgərqızı Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri

 

 

Check Also

Samir Məmmədov: “Bakıda evlərin 90 %-nin genişzolaqlı fiberoptik internetə çıxışı var”

Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir