Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Milli Məclisdə Heydər Əliyevin xatirəsi yad edilib

Azərbaycan dövlətçiliyinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin Milli Məclisin inzibati binasının foyesində ucaldılmış abidəsi qarşısında anım tədbiri keçirilib.

Boyukmillet.com xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova, sədrin birinci müavini Əli Hüseynli və sədr müavini Adil Əliyev ulu öndərin abidəsi önünə əklil qoyaraq dərin ehtiramlarını ifadə ediblər.

Sonra parlamentin komitə sədrləri, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, İşlər İdarəsinin müdiri və parlament Aparat rəhbərinin müavini abidənin qarşısına qızıl güllər düzüb, ulu öndərin xatirəsini yad edibər.

Check Also

Ədliyyə işçilərinə mənzil kirayəsi ilə əlaqədar pul kompensasiyası ödəniləcək

Ədliyyə işçilərinə mənzil kirayəsi ilə əlaqədar pul kompensasiyası ödəniləcək. Boyukmillet.com xəbər verir ki, bununla bağlı …