Bazar , 22 Noyabr 2026
Drone Cameras

MSK sədri Müstəqil Mətbuat Mərkəzinin yaradılma məqsədindən danışıb

Bütün seçkilərdə Müstəqil Mətbuat Mərkəzi yaradırıq. Məqsədimiz odur ki, seçkilərə hazırlıq, səsvermənin keçirilməsi və bundan sonrakı proseslərdə şəffaflıq təmin edilsin, bu haqda informasiyalar düzgün çatdırılsın.

Boyukmillet.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

MSK sədri jurnalistləri mərkəzin imkanlarından istifadə etməyə çağırıb: “MSK bu Müstəqil Mətbuat Mərkəzinin fəaliyyətinə xüsusi önəm verir. Çünki media olmasa, prosesləri nəinki beynəlxalq ictimaiyyətə, heç öz cəmiyyətimizə də çatdırmaq mümkün deyil”.

Check Also

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham …