Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

MSK üzvü olan iki şəxs YAP-ın siyahısına daxil edilməyib

Hakim Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin Mərkəzi Seçki Komissiyasının üzvlüyünə təqdim etdiyi 6 namizədin sırasında hazırda MSK-da YAP-ı təsdiq edən üzvlərdən ikisinin adı yer almayıb. Onlardan biri sabiq deputat Şaiddin Əliyev, digəri isə Validə Kazımovadır.

Boyukmillet.com-un bir ay öncə yazdığı “MSK-da “təmizləmə”: köhnə heyətin yarısı gedir – Hakimiyyət yeni seçki komandası qurur” xəbəri təsdiqlənmiş oldu.

Hakim partiya adı çəkilən şəxslərin yerinə Elmar Eldar oğlu Məmmədovu və Elnarə Eyyub qızı Mustafayevanın namizədliyini təsdiqləyib. Elmar Məmmədov hazırda YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin əməkdaşıdır. Elnarə Mustafayeva isə hakim partiyanın Yasamal Rayon Təşkilatının sədr müavini vəzifəsində çalışır.

Check Also

Kəmaləddin Heydərov nazirlikdə böyük dəyişiklik etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında bir sıra struktur dəyişiklikləri həyata keçirilib. Boyukmillet.com Qaynarinfo-ya istinadla bildirir …