Bazar ertəsi , 20 May 2024
Drone Cameras

“Mübariz erməninin cavabını verdi, xalq da Şəhidini təhqir edənin cavabını versin…”


Milli mənsubiyyəti bilinməyən və mənəviyyat yoxsulu olan bir əxlaqsızın Milli Qəhrəmanımız Mübariz İbrahimovun haqqında səfehləməsi sosial şəbəkələrin və medianın baş mövzusuna çevrilib. 
 
M.İbrahimov haqqında gündəmə gətirilən bu cür mənfi fikirlər, hamı kimi şəhidin ailəsini də narahat edir. 
 
Moderator.az -a danışan M.İbrahimovun qardaşı Rəşad İbrahimov deyib ki, bu gün belə fikirlər səsləndirən adamların cavabını vermək təkcə şəhidin ailəsinin yox, hər bir Azərbaycan vətəndaşının borcudur:
 
“Bu cür fikirləri səsləndirən adamların cavabını mən verməli deyiləm, Mübariz artıq xalqın şəhididir və onun haqqında həqiqətə uyğun olmayan fikirlər səsləndirən adamların cavabını da xalq verməlidir. Mübariz kiməsə minnət qoymadan gedib özünü vətən üçün qurban verdi. Axı bu gün Mübariz haqqında belə fikirlər səsləndirən adamların cavabını vermək bizə düşməz. Bizim düşmənimiz erməni idi, onun da cavabını qardaşım verdi. İçimizdə olan belə adamların cavabını isə qeyrətli Azərbaycan vətəndaşları verməlidir. Bu hadisələrdən atamın-anamın xəbəri yoxdur. Baş verənləri özüm izləyirəm. Atam Mübariz şəhid olandan sonra dedi ki, “Mübariz nə qədər şəhid olmamışdı, mənim övladım idi. İndi şəhid olub və o, artıq xalqın qəhrəmanıdır. Mən onu sizə verdim, halal xoşunuz olsun. Gedin qəhrəmanınızı yaşadın!”. 
 
Şəhidimizin qardaşı Mübarizin şəhid olacağını bir il öncədən bildiyini deyib:
 
“Siz Mübarizin şəhid olduğunu hadisə baş verəndən sonra bildiniz. Amma mən bir il öncədən bilirdim ki, Mübariz bunu edəcək. Çünki onunla hər dəfə telefonla danışırdıq. Öz aramızda çox söhbətlərimiz olub və hansı hisləri keçirmişəm, Allah bilir. Sanki Allah bizi hazırladı ki, ola bilər ki, Mübariz şəhid olar və evinizə bu qədər adam gələr, hazır olun”. 
 
Vasif Əlihüseyn

Check Also

Samir Məmmədov: “Bakıda evlərin 90 %-nin genişzolaqlı fiberoptik internetə çıxışı var”

Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir