Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Müdrik olmaq

Müdrik olmaq

 

 

Yazının sərlövhəsini təsadüfən seçmədim. Həqiqətən, müdrik olmaq hər rəhbərə nəsib olmur. Çünki müdrik olmaq üçün öz ömrünü deyil, xalqın həyatını yaşamaq lazımdır. Görkəmli filosoflardan biri bu məsələyə belə izah verib: “Taleyini xalqın taleyi ilə bağlayan insanların ömrü də xalqın ömrünə çevrilir”. 

1995-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən cənab Vasif Talıbov da taleyini Naxçıvanla bağlayan, muxtar respublikaya yeni həyat bəxş edən və ömrünü xalqın ömrünə çevirən QURUCU RƏHBƏR və MÜDRİK LİDERDİR.

Gərgin əmək, böyük zəhmət, torpağa və yurda bağlılıq Naxçıvan Muxtar Respublikasını iqtisadi, sosial və mədəni intibah mərhələsinə yüksəldib:

Bu gün Naxçıvan Gəmiqaya qədər müdrik, Əlincəqala qədər əyilməz, Haçadağ qədər vüqarlı, Əshabi-Kəhf qədər müqəddəsdir.
Bu gün Naxçıvan İslamın və türkçülüyün mərkəzidir.
Bu gün Naxçıvan inkişafın, tərəqqinin və yüksək rifahın təminatıdır.
Bu gün Naxçıvan vətənpərvərliyin iş və əməldə reallaşdırmaq nümunəsidir.
Bu gün Naxçıvan blokada da yaşamağın və inkişaf etməyin mümkün olduğu yerdir.
Bu gün Naxçıvan müstəqil Azərbaycanın inkişaf və tərəqqi etalonu, illik reytinq lideridir.
Bu gün Naxçıvan cinayətsiz və təhlükəsiz həyatın qarantı, sabitlik məkanıdır.
Bu gün Naxçıvan qəbul etdiyi hər qərarla nümunə kimi götürülən, daim təqdir olunan ulu torpaqdır.
Nəhayət bu gün Naxçıvan ümummilli liderimiz Heydər Əliyevin yolunun uğurla davam və inkişaf etdirildiyi qədim türk yurdudur, qüdrətli Azərbaycandır!
Uğur gedilən yoldur, çatdığımız məkan deyil. Qədim və müasir Naxçıvanın uğuru da 1995-ci ilin 16 dekabrında əsası qoyulan və uzaq gələcəyə hesablanmış yolundadır. Uğurlarla dolu yolumuz isə sonsuz və əbədidir.

Check Also

Samir Məmmədov: “Bakıda evlərin 90 %-nin genişzolaqlı fiberoptik internetə çıxışı var”

Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir