Cümə axşamı , 26 Dekabr 2024
Drone Cameras

Mürvət Həsənli: “Azərbaycanda bütün sahələrdə inkişaf ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”

“Bugün Azərbaycan regionda söz sahibi, dünyada öz inkişafına görə ön sıralarda dayanan ölkədir”- bunu CNNBaku-ya müsahibəsində iqtisadçı, “Xəmsə MMC”-nin sahibi Mürvət Həsənli söyləyib. O, bildirib ki, ölkə rəhbərliyinin ağıllı siyasəti nəticəsində bugün ölkə iqtisadiyyatı, sənaye, kənd təsərrüfatı özünün parlaq dövrünü yaşayır. Bu ənənənin əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub və bugün də cənab prezident İlham Əliyev tərəfindən davam etdirilir.

“Quşçuluq təsərrüfatının sahibi kimi, mən bu sahı haqqında danışmaq istərdim. Azərbaycanda quşçuluğun inkişafında Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olub. Azərbaycanda quşçuluğun inkişafı tarixi 1970-ci ildən başlayır.Heydər Əliyev 1969-cı ildə hakimiyyətə gəldi və cəmi 1 il sonra digər sahələr kimi quşçuluğun inkişafına da xüsusi diqqət göstərməyə başladı. Həmin illərdə yaradılmış Giləzi, Qaraqaşlı, İmişli, Biləsuvar və digər fabriklərin bərpa işlərini öz nəzarətinə götürüb. 1975-ci ildə “Dəvəçi broyler”in yaranması da xüsusi bir məqam idi. 1982-ci ildə indiki “Siyəzən broyler”in təməli qoyulub. 1979-1980-ci illərdə respublikada 2 700 ton ət istehsal olunurdu. 1980-ci illərdən sonra “Siyəzən broyler” fabriki yarandı və ət istehsalı rəsmi rəqəmlərlə 40 min tonu keçdi. Ulu Öndərin birbaşa həmin sahəyə daha bir töhfəsi o idi ki, o, quşçuluğu kənd təsərrüfatından ayırıb, Quşçuluq sənayesinin yaradılması istiqamətində ciddi işlərin görülməsi tapşırıqlarını vermişdir. Bu, birbaşa Nazirlər Kabinetinin tərkibində idi“-deyə O, qeyd edib.

Mürvət Həsənli bildirib ki,

Cənab prezident İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra da quşçuluğun inkişafı sürətlə irəli getdi.Beləki, illik istehsal gücü 55 min ton quş əti və 248.5 milyon ədəd yumurta olan 39 quşçuluq fabrikinin istehsal gücünün genişləndirilməsinə və əlavə olaraq 5 damazlıq, 1 əmtəəlik və 9 broyler fabrikinin istifadəyə verilməsinə son illər ərzində 98 milyon manat güzəştli kredit verilib.
İki il öncəyə nəzər salaq. 2014-cü ildə respublika üzrə istehsal olunmuş 99.4 min ton quş ətinin 64.0 min tonu , 1562.7 mln ədəd yumurtanın 703.3 mln ədədi sənaye üsulu ilə istehsal olunmuşdur.

Ötən il isə illik quş əti istehsalı 100 min tona, yumurta istehsalı 1,5 milyard ədədə çatıb. Ölkə əhalisinin quş məhsullarına olan tələbatı yerli istehsal hesabına tam təmin olunur.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir