Bazar , 1 Dekabr 2024
Drone Cameras

“Terror Azərbaycanın qonşuluğuna çatıb”

“İŞİD-in nə zamansa İranı hədəf gözlənilən idi”.

Boyukmillet.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu İranda bu gün həyata keçirilən terror aktlarını şərh edərkən deyib.  
 
Politoloq hesab edir ki, Tehrandakı terrorda Səudiyyə Ərəbistanı izi yoxdur: 
 
“İran parlamentində və Xomeyninin movzoleyində həyata keçirilən terror aksiyasında Səudiyyə Ərəbistanı izinin axtarılmasının əleyhinəyəm. Bu Ər-Riyada lazım deyildi. Doğrudur, Səudiyyə Ərəbistanı İranın siyasətindən narazıdır, onun dost və tərəfdaşlarının sayını azaltmağa çalışır, ancaq bu o demək deyil ki, Ər-Riyad hansısa terrorçu qrupu təlimatlandıraraq İrana göndərib və ya İrandakı tərəfdar qrupuna terror tapşırığı verib. Bu sırf İŞİD-in dəst xəttidir.
 
Əslində İŞİD-in nə zamansa İranı da hədəf alacağı gözlənilən idi. İŞİD ona qarşı savaşan bütün ölkələri hədəf alıb. Suriya ərazisində real olaraq 3 dövlətin silahlı qüvvələri mövcuddur: Türkiyə, Rusiya və İran. Bu 3 ölkə İŞİD-in mövqelərini bombalayır, Əsəd ordusuna və ona müxalif olan qüvvələrə dəstək verirlər ki, onlar terrorçulara qarşı effektiv mübarizə aparsınlar. İŞİD cavab aksiyası kimi 3 dövlətin ikisində – Türkiyə və Rusiyada terror aksiyaları törətmişdi, qalmışdı bircə İran, ona da əli çatdı. İŞİD-in məqsədi İranı daxildən qarışdırmaqdır. Bundan sonra nə baş verə bilər?
 
İranın iki yolu var. Birinci yol ölkədə təhlükəsizlik tədbrilərini gücləndirərək, Suriya və iraqda İŞİD-lə mübarizədə yerli qüvvələrə dəstəyini artırmaq. İkinci yol İranda hakimiyyətə müxaif olan və fərqli düşünən bütün qüvvələrə qarşı “terrora dəstək” adı altında təzyiqləri gücləndirmək, ölüm hökmlərinin sayını artırmaq. İkinci yol İrana yaxşı heç nə vəd etmir, əksinə İŞİD-in mövqelərini gücləndirəcək. Aydındır ki, İran nə liberal baxışlı Böyük Britaniya və nə də Fransadır ki, terrorla üzləşdikdən sonra “azadlıqların təminatı yoxsa sabitlik naminə azadlıqların məhudlaşdırılması” dillemması qarşısında qalsın. Tehran şübhəsiz sabitlik naminə olan-qalan azadlıqları da məhdudlaşdıracaq. Ancaq bu İranın daxili problemlərini bir az daha artıracaq. İŞİD-ə də elə bunu istəyir.
 
Terror Azərbaycanın qonşuluğuna çatıb. Azərbaycan İŞİD-ə qarşı birbaşa mübarizədə iştirak etmir. Ancaq Azərbaycan beynəlxalq terrorçulara qarşı savaşda sivil dünyanın yanındadır. Digər tərəfdən İŞİD sıralarında Suriya və İraqdakı savaşlarda nə qədər azərbaycanlının sağ qalıb-qalmadığı bəlli deyil. Bu amilləri nəzərə alaraq təhlükəsizlik tədbirlərini gücləndirməyə ehtiyac var. Hər hansı azərbaycanlının Suriya və İraqdan xüsusi tapşırıqla Azərbaycana gəlməsi problematikdir, sərhəddə nəzarət gücləndirilib, adlar da bəllidir. Ancaq onlara ölkə daxilində rəğbət bəsləyənlər var. Onların da xüsusi nəzarət altına altında saxlanması vacibdir. Sadəcə, geyim formasına görə diqqət çəkən sələfilərin ucdantutma şübhə altına alınması da doğru deyil. Multikulturalizm dəyərlərinə sözdə və əməldə sadiq qalmalıyıq. “Əcinnə ovu”na əsla əsas verməməliyik, bunun əksi İŞİD-in maraqlarına cavab verər”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir