Cümə , 26 İyun 2026
Drone Cameras

NATO sammiti ərəfəsində ŞOK İDDİA: Ankarada əhalini təşvişə salan xəbərlərə CAVAB

Türkiyədə iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammiti zamanı komendant saatı tətbiq olunacağı ilə bağlı yayılan şayiələr rəsmən təkzib edilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.

“Bəzi sosial şəbəkələrdə NATO sammiti ilə əlaqədar Ankarada iki günlük komendant saatı tətbiq ediləcəyi barədə yayılan iddialar tamamilə yalandır. 7-8 iyul 2026-cı il tarixlərində keçiriləcək sammitlə bağlı paytaxtda heç bir komendant saatı nəzərdə tutulmayıb”, – deyə mərkəzin bəyanatında bildirilir.

Həmçinin qeyd olunur ki, rəsmi qurumlar sammit ərəfəsində əhali arasında panika və qeyri-müəyyənlik yaratmağa yönəlmiş bu əsassız iddialarla bağlı hərəkətə keçiblər.

Belə ki, yalan məlumatları yayan şəxslərə qarşı bütün zəruri hüquqi prosedurların icrasına başlanılıb.

Check Also

ABŞ İran gəmisinin heyətini azad edib

ABŞ ordusu Oman körfəzində ələ keçirilən İranın “Touska” gəmisinin 22 heyət üzvü azad edib. Boyukmillet.com xəbər …