Şənbə , 27 Aprel 2024
Drone Cameras

Naxçıvan Dövlət Universitetində “Aprel şəhidlərinin xatirəsinə” həsr olunmuş tədbir keçirilib

Naxçıvan Dövlət Universitetində “Aprel şəhidlərinin xatirəsinə” həsr olunmuş tədbir keçirilib
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən BOYUKMILLET.COM-a verilən məlumata görə, universitetin İncəsənət fakültəsində keçirilən tədbirdə şəhidlərin xatirəsinə həsr olunmuş sərgi nümayiş olunub. Sərgidə 30-dan çox rəsm əsərinə baxış olub.Fakültənin akt zalında keçirilən tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra tədbiri giriş sözü ilə açan universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov qeyd edib ki, Ali Baş Komandanımızın da dəfələrlə dediyi kimi, Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdi. Vurğulanıb ki, son illər şəhid adlarının əbədiləşdirilməsi, şəhid ailələrinin, milli qəhrəmanların, müharibə əlillərinin və veteranların sosial təminatının yaxşılaşdırılması, sosial-hüquqi müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir. 
Heydər Əliyev adına hərbi liseyin Şəxsi heyətlə iş üzrə rəis müavini, polkovnik-leytenant Rəhman Vəliyev Azərbaycanın milli qəhrəmanlarının və ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin tanıdılması ilə bağlı layihələrin həyata keçirilməsini, qəhrəmanlıq nümunələrinin gənclər arasında təbliğ edilməsi sahəsində görülən işləri yüksək qiymətləndirib. 
Sonra aprel şəhidlərindən Rasim Məmmədov və Qabil Orucəliyevin anaları keçirilən tədbirlərə, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdar olduqlarının ifadə ediblər. 
Sonda universitet tələbələrinin bədii qiraəti dinlənilib və şəhid Qabil Orucəliyev haqqında hazırladıqları “Sonuncu zəng” filmi nümayiş olunub.

Naxçıvan Dövlət Universitetində “Aprel şəhidlərinin xatirəsinə” həsr olunmuş tədbir keçirilib
Naxçıvan Dövlət Universitetində “Aprel şəhidlərinin xatirəsinə” həsr olunmuş tədbir keçirilib
Naxçıvan Dövlət Universitetində “Aprel şəhidlərinin xatirəsinə” həsr olunmuş tədbir keçirilib

 

 

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir