Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş karate-do üzrə “Heydər Əliyev kuboku” uğrunda “Naxçıvan Open” Beynəlxalq turnirinə start verilib.
boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Milli Karate Federasiyası və Naxçıvan Karate-do Federasiyasının birgə təşkil etdiyi yarışda 6-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 yaşlı və 18-20 yaşlı gənclər iştirak edirlər.
Turnirdə Türkiyə, Rusiya, İran, Ukrayna, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Əfqanıstan, Kuba və Azərbaycanın 300-ə yaxın karate ustası mübarizə aparır.
İki gün davam edəcək turnirə mayın 5-də keçiriləcək final görüşləri ilə yekun vurulacaq.