Cümə axşamı , 25 Aprel 2024
Drone Cameras

Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları əsgərlərə bayram sovqatı aparıblar

Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Şahbuz rayonundakı hərbi hissədə olub, şəxsi heyətə 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə sovqatlar təqdim ediblər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Nurlan Pənahov qarşıdan gələn hər iki bayram münasibətilə əsgər və zabitləri təbrik edib. Qeyd edib ki, Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımız Ali Baş Komandanımızın uğurlu siyasəti və ordumuzun qətiyyəti ilə 44 gün ərzində düşmən üzərində çalınan tarixi Zəfərin sevincini yaşayır, bu bayramları ikiqat qürur hissi ilə qeyd edir. Tarixi Qələbənin qazanılmasında Naxçıvandan olan hərbçilər də böyük şücaət göstərib, canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar.
Ordu quruculuğundan da danışan xidmətin rəisi bildirib ki, bu gün yüksək döyüş qabiliyyətinə malik texnikalarla təchiz olunan ordumuz, həm də peşəkar və ixtisaslı kadrlarla komplektləşdirilib, arsenalındakı ən son model silah və hərbi texnikalarla daha da gücləndirilib.
Hərbi hissənin zabiti Babək Hüseynov və əsgər Qafar Vəliyev çıxışlarında şəxsi heyət adından göstərilən qayğıya və gətirilən bayram sovqatına görə minnətdarlıq ediblər.
Sonda gətirilən bayram sovqatı hərbi hissənin şəxsi heyətinə təhvil verilib.

Check Also

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü qeyd edilib

Aprel ayının 23-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin …